Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində 2022-2023-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

22 sentyabr 2022 | 15:23

   Xəzər Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
   Müşavirəyə sədrlik edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Bakı şəhərində, o cümlədən Xəzər rayonunda əhalinin rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər qeyd olunmuşdur. Həmçinin bildirilmişdir ki, mövsümə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü edilib.
   Qeyd olunub ki, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilmişdir.
   Müşavirədə Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon Sukanal İdarəsinin, rayon Enerji Təchizatı və Satışı İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin Xəzər rayon Texniki İstismar Xidməti və Xəzər rayon 5 saylı Rabitə Xidmətləri Mərkəzinin rəhbərləri çıxış etmişlər. Kommunal xidməti təşkilatlarının rəhbərləri çıxışlarında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barəsində məlumat vermişlər.
   Müşavirədə rayon təsərrüfatının 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər