Xəzər Rayon İcra Hakimiyyətində 2022-2023-cü illər üzrə payız-qış mövsümünə hazırlığın yekunlarına dair müşavirə keçirilib
Xəzər rayon İcra Hakimiyyətində 2022-2023-cü illər üzrə payız-qış mövsümünə hazırlığın yekunu, görülmüş işlər, mövcud problemlər, eləcə də İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.
18 noyabr 2022-ci il tarixində keçirilən müşavirədə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Xəzər RİHB-nın I müavini və müavinləri, şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən idarə-müəssisə, təhsil, səhiyyə və mədəniyyət evlərinin rəhbərləri, RİH başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan RİH başçısı Elşən Salahov payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Bakı şəhərində, o cümlədən Xəzər rayonunda əhalinin rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd etdib. Eyni zamanda, payız-qış mövsümünə hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 2022-ci il tarixində keçirdiyi müşavirədə verilən tapşırıqları müşavirə iştirakçılarının nəzərinə çatdırılaraq zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı. Həmçinin Elşən Salahov bildirib ki, mövsümə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb və işçilər arasında xüsusi iş qrafiki təsdiq edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri Rafael Mehrəliyev, Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Anar Tağıyev, Ayaz Hüseynov çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırdılar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu bildirdilər.
Rayon İcra Hakimiyyətinin Başçısının müavini Əfsar Mirzəliyev çıxış edərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirib.
Müşavirədə payız-qış mövsümünə hazırlıqla bağlı xidmət idarələrinin rəhbərləri ayrı-ayrılıqda məruzə edərək qışa hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat veriblər.
Sonra müşavirədə payız-qış mövsümünə hazırlığının yekun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb.
Sonda müşavirədə yekun nitqlə çıxış edən Elşən Salahov payız-qış mövsümü ilə bağlı müzakirələr zamanı qarşıya çıxan məsələlərin həllinə dair aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.