Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib

25 yanvar 2023 | 16:39

  25 yanvar 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.
  Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədovanın, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşlarının, şura üzvü Nazilə Məmmədovanın, qəsəbə sakinlərinin, ziyalıların və ağsaqqalların iştirakı ilə Zirə bələdiyyəsinin akt zalında keçirilən hesabat yığıncağında, Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Hüseynov və Zirə bələdiyyəsinin sədri Anar Hüseynlinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat məruzələri dinlənilib.
    Hesabat məruzələri dinlənildikdən sonra məruzələr ətrafında çıxışlar edildi. Çıxış edənlər Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
   Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova və Şura üzvü Nazilə Məmmədova ölkədə, o cümlədən Xəzər rayonunda sosial-iqtisadi sahədə görülən işlərdən danışaraq, Zirə qəsəbəsində aparılan abadlıq-quruculuq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

Keçidlər