Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yaşayan sakinlərlə səyyar görüşü keçirildi
13 iyul 2022-ci il tarixində 256 saylı tam orta məktəbdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yaşayan sakinlərlə səyyar görüşü keçirilib.
Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Türkan bələdiyyəsinin sədri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
RİH başçısı ilk öncə Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yaşayan şəhid Axundov Mirzə Musa oğlunun ailəsini ziyarət etmiş, şəhidin xatirəsinə yaradılmış bulaq kompleksinin qarşısına gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişdir.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdikdən sonra, rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, əlavə araşdırmalara ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.