Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib

23 yanvar 2023 | 18:36

     23 yanvar 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.

     Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədovanın, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşlarının, qəsəbə sakinlərinin, ziyalıların və ağsaqqalların iştirakı ilə Türkan Mədəniyyət evində keçirilən hesabat yığıncağında, Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Quliyevin və Türkan bələdiyyəsinin sədri Böyükağa Yarıyevin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat məruzələri dinlənilib.

       Hesabat məruzələri dinlənildikdən sonra məruzələr ətrafında çıxışlar edildi. Çıxış edənlər Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

    Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova ölkədə, o cümlədən Xəzər rayonunda sosial-iqtisadi sahədə görülən işlərdən danışaraq, Türkan qəsəbəsində aparılan abadlıq-quruculuq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

 

Keçidlər