Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib
18 yanvar 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.
Şüvəlan qəsəbəsində yerləşən Gənclər evində keçirilən hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, şura üzvləri, Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, Şüvəlan bələdiyyəsinin, təhsil, səhiyyə müəssisələrinin və xidmət sahələrinin nümayəndələri, ziyalılar, ağsaqqallar və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri açıq elan edən Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə edilmiş nailiyyətlər barədə danışaraq, Xəzər rayonu ərazisində, həmçinin Şüvəlan qəsəbəsində aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun və Şüvəlan bələdiyyəsinin sədr müavini Seymur Rzayevin hesabat məruzələri dinlənilib.
Hesabat məruzələri dinlənildikdən sonra məruzələr ətrafında çıxışlar edilib. Çıxış edənlər Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Yığıncağın sonunda Elşən Qurbanov Şüvəlan qəsəbəsində 2022-ci il ərzində görülmüş işləri qənaətbəxş hesab edərək, qəsəbədə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə 2023-cü ildə həllini gözləyən məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.