Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirildi

17 avqust 2022 | 16:05

    17 avqust 2022-ci il tarixində Şağan Mədəniyyət Mərkəzində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şağan qəsəbə  sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
    Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şağan bələdiyyəsinin sədri,  rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
     Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdikdən sonra,  rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
    Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, əlavə araşdırmalara ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər