Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib

13 yanvar 2023 | 18:32

  13 yanvar 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.
  Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədovanın, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşlarının, şura üzvü Təvəkkül Səlimovun, qəsəbə sakinlərinin, ziyalıların və ağsaqqalların iştirakı ilə Şağan Mədəniyyət Mərkəzində keçirilən hesabat yığıncağında, Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Tərlan Dadaşovun və Şağan bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən Sevinc Atayevanın 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat məruzələri dinlənilib.
  Hesabat məruzələri dinlənildikdən sonra məruzələr ətrafında çıxışlar edildi. Çıxış edənlər Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
  Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova ölkədə, o cümlədən Xəzər rayonunda sosial-iqtisadi sahədə görülən işlərdən danışaraq, Şağan qəsəbəsində aparılan abadlıq-quruculuq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

Keçidlər