Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirilib

02 avqust 2023 | 16:03

  02 avqust 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirilib.
  Qala qəsəbəsi Atçılıq yaşayış sahəsində sakinlərlə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Qala bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
  Elşən Salahov ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Xəzər rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verərək, sakinləri fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər