Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi, Təmənis yaşayış massivinin sakinləri ilə səyyar görüşü keçirildi

20 iyul 2022 | 17:07

   20 iyul 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsi, Təmənis yaşayış massivinin sakinləri ilə səyyar görüşü keçirilib.
   Görüşdə Millət vəkili Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Buzovna bələdiyyəsinin sədri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
   Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdikdən sonra, rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
   Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, əlavə araşdırmalara ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər