Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib
11 yanvar 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.
Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında keçirilən hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, şura üzvləri, Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və Buzovna bələdiyyəsinin, səhiyyə, təhsil müəssisələrinin və xidmət sahələrinin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri açıq elan edən Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə siyasi, sosial və iqtisadi sahələrdə əldə edilmiş nailiyyətlər barədə danışaraq, Xəzər rayonu ərazisində həmçinin Buzovna qəsəbəsində aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Emin Əliyevin və Buzovna bələdiyyəsinin sədr müavini Təbriz Ağayevin hesabat məruzələri dinlənilib.
Hesabat məruzələri dinlənildikdən sonra məruzələr ətrafında çıxışlar edildi. Çıxış edənlər Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Yığıncağın sonunda Elşən Qurbanov Buzovna qəsəbəsində 2022-ci il ərzində görülmüş işləri qənaətbəxş hesab edərək, qəsəbədə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə 2023-cü ildə həllini gözləyən məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.