Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon gəncləri tərəfindən Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub

31 mart 2023 | 10:24

   Martın 31-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “31 mart – Azərbaycanlıların    Soyqırımı Günü”nün 105-ci ildönümü ilə əlaqədar Xəzər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncin iştiraki ilə Quba Soyqırımı Memorial Kompleksinə səfər təşkil olunub.
   İlk öncə Quba rayonunda Ulu Öndərin abidəsi ziyarət olunaraq, önünə tər gül dəstələri düzülüb və dahi rəhbərin əziz xatirəsi böyük ehtiramla yad edilib.
   Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb və nəticədə məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı    Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Salyan, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.

Keçidlər