Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahovun Türkan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi.
18 fevral 2026-cü il tarixində Türkan qəsəbəsi, 262 №-li tam orta məktəbdə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının sektor müdirləri, Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Türkan bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Görüş zamanı çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkəmizin bölgələrində, o cümlədən Xəzər rayonunda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışıb və vurğulayıb ki, bunlar vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin əsas hədəflərindən biridir.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar görüşdə iştirak edən sakinlərin müraciətlərini dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılması tələb olunan digər məsələlərin isə qanunvericiliyə uyğun və operativ həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.






