Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi yad edilib

11 oktyabr 2024 | 11:56

   Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi qəhrəmanı Elçin Mansurovun II Fəxri Xiyabanda anım mərasimi keçirilib.
   Tədbirdə Xəzər Rayon icra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH-nin əməkdaşları, Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov şəhidin yaxınları və ailə üzvləri, iştirak ediblər.
   Anım mərasimlərində çıxış edən Xəzər RİH başçısı Elşən Salahov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıb.
   Sonda Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər