Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin anım mərasimi keçirilib
Vətən müharibəsində şəhid olmuş Yusifov Ağaəli Vaqif oğlunun, Məmmədbəyli Natiq Vahid oğlunun, Quluzadə Qurbanəli Elşad oğlunun, İsmayılzadə Vüsal Əlbəndə oğlunun, Qədirov Emin Asif oğlunun və Hacıyev Kamran Füzuli oğlunun anım mərasimləri keçirilib.
Anım mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının birinci müavini Elşən Qurbanov və aparatın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Anım mərasimləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, eləcə də igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən bəhs ediblər.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.






