Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin anım mərasimi keçirilib

09 noyabr 2026 | 13:31

    Vətən Müharibəsində şəhid olmuş Bayramov Ramin Hüseyağa oğlunun, Əliyev Murad Hüseyn oğlunun, Mehdiyev Samir Vaqif oğlunun, Şükürov Samir Təyyub oğlunun, Nehmətov Ceyhun Ehtiqad oğlunun Əliyev Asiman  Vaqif oğlunun və Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Adil Asəm oğlunun anım mərasimi keçirilib.
    Anım mərasimində İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, RİH başçısının müavini, aparatın əməkdaşları,  şəhidlərin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, iştirak ediblər.
    Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
   Anım mərasimlərində  Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
    Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
   Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Brinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdiriblər.

Keçidlər