Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin anım mərasimi keçirilib

07 noyabr 2025 | 15:46

     Vətən Müharibəsində şəhid olmuş  Nehmətov Ceyhun Ehtiqad oğlunun Əliyev Asiman  Vaqif oğlunun və Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Adil Asəm oğlunun anım mərasimi keçirilib.
    Anım mərasimində İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, RİH başçısının müavini, şöbə müdirləri,  şəhidlərin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
   Anım mərasimində  Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
    Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
   Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Brinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdiriblər.

Keçidlər