Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində Şəhid olan Yaqubzadə Yaqub Eldəniz oğlunun anım mərasimi keçirilib

03 oktyabr 2025 | 14:31

     44 günlük Vətən müharibəsində şəhid olmuş Yaqubzadə Yaqub Eldəniz oğlunun anım mərasimi keçirilib.

     Qala qəsəbəsində keçirilən mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Nizami RİH-nin başçısı Coşqun Cəbrayılov, şöbə müdirləri, qəsəbə nümayəndəsi, bələdiyyə sədri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak edib. İlk öncə şəhidin ildönümü münasibətilə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Çıxış edən mərasim iştirakçıları Vətən uğrunda canından keçən oğullarımızın döyüş yolundan söz açaraq, onların göstərdiyi şücaət və qəhrəmanlığından danışıblar.
   Şəhidin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
    Daha sonra iştirakçılar Şəhidin məzarını ziyarət edib önünə gül dəstələri düzərək əziz ruhuna dualar oxuyublar.

Keçidlər