Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində şəhid olan İman və Bəhram qardaşlarının əziz xatirəsi yad edilib

18 aprel 2025 | 17:07

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan İman və Bəhram qardaşlarının əziz xatirəsi yad edilib. Anım mərasimində Xəzər Rayon İcra Hakimiyti Başçısı Elşən Salahov, RİH başçısının müavini, şöbə müdirləri, Şəhidlərin ailə üzvləri və yaxınları iştirak edibər.

     Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı E.Salahov Şəhidlərin ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

     Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə bir daha şəhidlərin valideynlərinə təşəkkür etmiş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu qeyd edərək, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

     

Keçidlər