Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhid olan Feyzizadə Toğrul İlqar oğlunun anım mərasimi keçirilib

06 noyabr 2026 | 16:04

      Vətən müharibəsində şəhid olmuş Feyzizadə Toğrul İlqar oğlunun anım mərasimi keçirilib.

     Anım mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və aparatın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər.

    Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   Daha sonra  Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub, üzərlərinə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.

    Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, eləcə də igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən bəhs ediblər.

     Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər