Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin anım mərasimi keçirilib
Vətən Müharibəsində şəhid olmuş Kərimov Mustafa Mais oğlunun, Şiriyev Rəşad Rasim oğlunun, Eyniyev Tərlan Gölişad oğlunun, Abdullazadə Qasım Əli oğlunun, Əliyev Orxan Ədalət oğlunun və Məmədov Nahid Vahid oğlunun anım mərasimi keçirilib.
Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH Aparatının əməkdaşları, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Anım mərasimində Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən və igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.






