Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ildönümü qeyd olunub

05 oktyabr 2026 | 17:11

      Vətən müharibəsi şəhidlərinin altıncı ildönümü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, müavinləri və Aparatının şöbə müdirləri tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyi, eləcə də tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Yaqubzadə Yaqub Eldəniz oğlunun və Nuriyev Hikmət Mübariz oğlunun ailələri ziyarət edilmişdir.
    Görüşlərdə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində yüksək döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilmişdir.
       Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər