Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidlərinin anım mərasimləri qeyd olunub

14 noyabr 2022 | 09:31

   Keçirilmiş tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və Rayon İcra Hakimiyyətinin nümayəndələri 44 günlük Vətən Müharibəsinin ikinci ildönümü ilə bağlı şəhid ailələrini ziyarət ediblər.
   Zirə qəsəbəsindən şəhid Mehdiyev Samir Vaqif oğlunun, Mərdəkan qəsəbəsindən şəhid Nəhmətov Ceyhun Ehtiqad oğlunun, Qala qəsəbəsindən şəhid Şükürov Samir Təyyub oğlunun ailələri ziyarət olunub, onların qayğı və problemləri ilə maraqlanılıb.
   Görüşlər zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.
   Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
   Qeyd edək ki, Xəzər rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı istiqamətində tədbirlər davam etdirilir.

Keçidlər