Vətən Müharibəsi şəhidlərimizin anım mərasimləri keçirilib
Vətən Müharibəsində şəhid olmuş Şükürov Samir Təyyub oğlunun Mehdiyev Samir Vaqif oğlunun və Nehmətov Ceyhun Ehtiqad oğlunun anım mərasimi keçirilib.
Anım mərasimlərində İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavini, şöbə müdirləri, şəhidlərin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Anım mərasimində Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Brinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdiriblər.






