Vətən Müharibəsi şəhidləri Məmmədzadə İman Elman oğlunun doğum günü və Həsənov Elgün Elşad oğlunun anım günü qeyd edilib
Ölkə başçısının tapşırıqlarına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi Xəzər rayonunda da torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı qəhərmancasına şəhid olmuş şəxslərin ailələrinə diqqət və qayğı göstərilir.
14 sentyabr 2024-cü il tarixdə Vətən Müharibəsi şəhidiləri Məmmədzadə İman Elman oğlunun doğum günü və Həsənov Elgün Elşad oğlunun anım günü qeyd olunub. Mərasimlərdə Xəzər RİH başçısının I müavini Elşən Qurbanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdiri, Binə qəsəbə nümayəndəsi və bələdiyyə sədri iştirak edib.
Görüş zamanı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı qeyd olunaraq, yüksək döyüş qabiliyyəti nümayiş etdirərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib. Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.