Vətən müharibəsi şəhidləri Əliyev Orxan Ədalət oğlunun, Novruzov Şəhnin Şahlar oğlunun, Yusifov Ağaəli Vaqif oğlunun, Məmmədbəyli Natiq Vahid oğlunun və Bəşirov Hakim Nizam oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü qeyd edilib
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan Əliyev Orxan Ədalət oğlunun, Novruzov Şəhnin Şahlar oğlunun, Yusifov Ağaəli Vaqif oğlunun, Məmmədbəyli Natiq Vahid oğlunun və Bəşirov Hakim Nizam oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü qeyd edilib.
Anım mərasimində Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, şöbə müdirləri, şəhidlərin doğmaları və yaxınları iştirak edibər.
Şəhidlərin məzarları ziyarət olunaraq önünə gül dəstələri düzülərək dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov Şəhidin ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə bir daha şəhidlərin valideynlərinə təşəkkür etmiş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu qeyd edərək, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.