Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Yusifzadə Ramil Adəm oğlunun doğum günü qeyd edilib

22 may 2025 | 11:55

    21 may 2025-ci il tarixdə Mərdəkan Mədəniyyət Sarayında Vətən Müharibəsi Şəhidi Yusifzadə Ramil Adəm oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib.  
   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Millət vəkili Aydın Mirzəzadə , Yeni Azərbaycan Partiyasının  Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının  müavinləri, şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailələri və qazilər iştirak ediblər.
    Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətlərindən söz açmış, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasını hər birimiz üçün qürurverici olduğunu vurğulayaraq, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulacağını qeyd edib.
     Tədbirin sonunda vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.

Keçidlər