Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Şirvani Həsənağa Bəhruz oğlunun və Abdullayev Tural Şakir oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü qeyd edilib

01 oktyabr 2024 | 11:05

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan Şirvani Həsənağa Bəhruz oğlunun və Abdullayev Tural Şakir oğlunun anım günü qeyd olunub.
Anım mərasimində Xəzər Rayon İcra Hakimiyti Başçısı Elşən Salahov, RİH başçısının müavini, şöbə müdirləri, şəhidlərin doğmaları və yaxınları iştirak edibər.
   Şəhidlərin Binə Şəhidlər Xiyabanında məzarı ziyarət olunmuş, məzarı önünə gül dəstələri düzülərək dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.
   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı E.Salahov Şəhidin ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
   Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə bir daha şəhidlərin valideynlərinə təşəkkür etmiş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu qeyd edərək, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

Keçidlər