Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Qasımov Ramiz Vaqif oğlunun ildönümü mərasimi keçirilib

22 oktyabr 2022 | 15:14

  Vətən Müharibəsi Şəhidi Qasımov Ramiz Vaqif oğlunun ildönümü mərasimi keçirilib

  22.10.2022-ci il tarixdə  II Şəhidlər Xiyabanında keçirilən mərasimdə  Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Əvvəlcə  Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. 

 Anım mərasimində Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
   Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə və Brinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdiriblər.

  Qeyd edək ki, Ramiz Qasımov 1981-ci ildə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1992-ci ildə bitirmişdir. 80-cı illərin sonu, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. 1992-ci ildə, müharibənin yeni alovlandığı dövrdə Ramiz Qasımov Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olmuş və 1997-ci ildə oranı bitirmişdir.
  2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 22 Oktyabr tarixində şəhid olmuş, II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
 Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il və 15.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Qasımov Ramiz Vaqif oğluna ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Keçidlər