Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Həsənov Səfər Elmar oğlunun anım mərasimi keçirilmişdir

22 noyabr 2022 | 08:47

   Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Həsənov Səfər Elmar oğlunun anım mərasimi  qeyd edilmişdir.
   Mərasimlərdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, RİH-nin əməkdaşları, Şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
 Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan həmçinin şəhid Həsənov Səfər Elmar oğlunun  keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi daim uca tutulacağını  vurğulanmışdır.         Daha sonra mərasim iştirakçıları tərəfindən şəhidin məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunmuş və bütün Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi yad edilmişdir.

 Sonda Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Keçidlər