Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirildi

12 iyul 2024 | 16:25

Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, şöbənin və YAP Xəzər Rayon Təşkilatının əməkdaşları,  həmçinin rayonun ictimai həyatında fəal iştirak edən gənclər iştirak etmişdir.

Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının inzibati binasında keçirilən tədbiri L.Əhmədova açaraq Ulu öndərin dövlətçilik yolundan geniş məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev  Yeni Azərbaycanın qurucusudur. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritmiş və bütün ömrünü doğma xalqına həsr etmişdir. Bu gün onun siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütövləşmiş Azərbaycanı dünyaya tanıtmış və dünyanın diqqətini ölkəmizə yönəltməyi bacarmışdır.

YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov Ulu öndər Heydər Əliyevin siyasi kursundan söz açıb, 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olduğunu qeyd edib. N.Əhmədov bu günün tarixi əhəmiyyətini qeyd edərək, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb və son onilliklər ərzində qazanılan uğurların Ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayıb.

Gənc tarixçimiz Mənzər Ağabəyova çıxışında vurğuladı ki, Ulu öndər Heydər Əliyevin idealının əsası müstəqil Azərbaycan, firavan Azərbaycan xalqının çiçəklənən gələcəyi idi. Ümumilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycan tarixində böyük dəyişikliklər baş verdi. Beləliklə Ulu öndər tərəfindən müstəqil Azərbaycan ideyasının əsasları bərpa edilərək daha da möhkəmləndirildi.

Sonda tədbirin təşkilatçılarına təşəkkür edən gənclər Ümummilli Lider Heydər Əliyevin gənclərə olan etimadından və bu etimadı doğrultmaq üçün Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütövləşmiş Azərbaycanı daima qoruyacaqlarını bildirdilər.

Keçidlər