Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Heybətov Ağaəmi Elçin oğlunun doğum günü qeyd edilmişdir.

06 iyun 2024 | 11:02

06 iyun 2024-cü il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov,  YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, RİH başçısı aparatının şöbə müdiri, RİH başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Buzovna bələdiyyəsinin sədri,  şəhidin ailə üzvləri, ağsaqqallar və din adamları iştirak ediblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmışdır. Həmçinin, bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Şəhidin atası çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər