Şriftin ölçüsü :

Saytın rəngi :

Şüvəlan qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

23 dekabr 2022 | 14:56

  Xəzər rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə davamlı olaraq səyyar qəbullar keçirilir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sakinlərlə növbəti səyyar qəbulu Şüvəlan qəsəbəsində keçirilib.
  Şüvəlan qəsəbəsi 156 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
  Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
  Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər