Şüvəlan çimərliyində təmizlik aksiyası keçirilib
29 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Şüvəlan qəsəbəsinin, Xəzər dənizi sahilində təmizlik aksiyası keçirilib.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları və Xəzər Rayon Gənclər və İdman İdarəsinin konüllüləri və rayonun fəal gəncləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd - ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.






