Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa ilinə həsr olunmuş “Zəfər meydanı” adlı bədii-musiqili tədbir keçirilib

08 dekabr 2022 | 17:26

Azərbaycan Respublikası Prezidentinin təstiq etdiyi “Şuşa İli ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin və Zirə Mədəniyyət Mərkəzi EKO-PARKın birgə təşkilatçılığı ilə “Zəfər meydanı” adlı bədii-musiqili tədbir keçirilib.

          08 dekabr 2022-ci il tarixində Zirə Mədəniyyət Mərkəzi EKO-PARKda baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Yazıçılar Birliyi Xəzər rayon şöbəsinin sədri Arif Buzovnalı, rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi olub.

       Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra tədbir iştirakçılarına Ulu öndər Heydər Əliyevin vaxtı ilə işğal altında olan rayonlarımız haqqında söylədiyi fikir və düşüncələrini, 44 günlük Vətən Müharibəsindən sonra cənab Ali Baş Komandan İlham Əliyevin çıxışlarını, eləcədə Qarabağımızdan görüntüləri əks etdirən videoçarx təqdim edilib.

       Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov iştirakçıları salamlayaraq, şanlı zəfər yolundan danışıb. Bu şanlı zəfəri bizlərə bəxş edən cənab Ali Baş Komandan İlham Əliyev, müzəffər ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimizin olduğunu vurğulayıb. Qarabağın döyünən ürəyi sayılan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil olduğunu qeyd etdi. 44 günlük Vətən müharibəsindən söz açan Elşən Salahov sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edib. Xəzər Rayon İcra Hakimiyyəti olaraq hər zaman şəhid ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılaraq, onların problemləri ilə daim yaxından maraqlanıldığını vurğulayıb.

       Çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Azərbaycan Yazıçılar Birliyi Xəzər rayon şöbəsinin sədri Arif Buzovnalı bu zəfəri bizlərə yaşadan cənab Ali Baş Komandan İlham Əliyevə və vətənpərvər oğullar yetişdiriklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını bildirərək, cənab Prezident İlham Əliyevin yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoyduğunu, informasiya müharibəsində Azərbaycanın haqq səsi olduğunu, cəsarətlə bütün təzyiqlərə sinə gərərək, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildiyini vurğuladılar.

       Qazi və şəhid ailələri adından çıxış edən qazi Asəf Məmmədli rayon rəhbərliyinə təşəkkür edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi.

          Tədbirdə rayon fəalları, orta, incəsənət və musiqi məktəblərinin şagirdləri, mədəniyyət işçiləri misiqili konsert proqramı ilə çıxış etdilər, vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan gənc şairlərin qəhəmanlıq mövzusunda şeirləri dinlənildi.

          Azərbaycan Milli Dram Teatrının gənc aktyorlarının iştirakı ilə “Şəhid ruhu” eksperemental teatral tamaşasının nümayışi ilə tədbir yekunlaşdı.

          Sonda xatirə şəkili çəkildi.

Keçidlər