Səyyar ASAN Xidmət məntəqəsi Xəzər rayonunda fəaliyyətə başladı
08 - 30.01.2025-ci il tarixlərində “ASAN Xidmət” in müasir texnoloji avadanlıqla təchiz edilmiş, irihəcmli xüsusi avtobusu Xəzər rayonunda sakinlərə səyyar xidmət göstərəcək.
Ünvan: Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi Mərdəkan Mədəniyyət sarayının qarşısı.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.