Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vüsal Yəhya oğlu Salamovun əziz xatirəsi ehtiramla yad edilib

22 sentyabr 2026 | 09:28

Vətən müharibəsi şəhidi Vüsal Yəhya oğlu Salamovun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhid Vüsal Salamovun Vətənə bağlı, mərd və vətənpərvər bir gənc olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, şəhidimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Şəhid Vüsal Salamovun keçdiyi şərəfli həyat və döyüş yolunun gənc nəsil üçün örnək olduğu, onun əziz xatirəsinin hər zaman ehtiramla anılacağı qeyd edilib.

Sonda şəhidin ailə üzvləri dövlət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər