Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ramiz Qasımovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib

21 oktyabr 2023 | 11:29

  20.10.2023-cü il tarixdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Qasımovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib.
  Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Gülbala Qurbanov, millət vəkilləri Soltan Məmmədov, Rauf Əliyev, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.
  Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə qəhrəman şəhid pilotumuzun həyatı və döyüş yolundan bəhs edən qısa film nümayiş olunub.
  Həmçinin tədbir zamanı yazıçı Sabir Arazlı Özgünün müəllifi olduğu şəhid polkovnik-leytenant Ramiz Qasımovun həyatına həsr edilmiş “Dəmir Qanadlı Qəhrəman” kitabının təqdimatı keçirilib.

Keçidlər