Şəhid polkovnik Füzuli Cavadovun əziz xatirəsi yad edilib
30.08.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhid polkovnik Füzuli Cavadovun ailəsini ziyarət ediblər.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdirləri, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zirə bələdiyyəsinin sədri və şəhidin ailə üzvləri iştirak ediblər.
Görüşlər zamanı polkovnik Füzuli Cavadovun keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlığından söz açılaraq, əziz ruhuna dualar oxunub.
Sonda şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.