Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı tariximiz olan “Zəfər Günü” ərəfəsində Xəzər rayon məktəblərinin iştirakı ilə silsilə ekskursiyalar təşkil olunur

06 noyabr 2023 | 17:53

   Vətən Müharibəsində qazandığımız Şanlı “Zəfər”imizin III ildönümü münasibətilə məktəblilərimiz tərəfindən “Tariximizi öyrənək” adı altında II Fəxri Xiyabana, Hərbi Qənimətlər Parkına, Şəhidlər Xiyabanına, tarix müzeylərinə ekskursiyalar təşkil olunmuş, həmçinin şəhidlərimizin məzarları və Şəhid ailələri ziyarət edilmişdir. Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda Vətənə, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, tariximizi və onu yaşadanları tanıtmaq məqsədi daşıyan bu ziyarətlər zamanı məktəblilərimiz Vətənpərvərlik mövzusunda və Vətən uğrunda canını qurban verən şəhidlərimizə həsr olunan şeirlər səsləndirmiş, Şəhid məzarlarına gül dəstələri düzmüşdürlər.

Keçidlər