Şriftin ölçüsü :

Saytın rəngi :

Şağan qəsəbəsində Əməkdar incəsənət xadimi Aqil Məlikovla görüş keçirilib

18 avqust 2026 | 15:06

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və başçının birinci müavini Elşən Qurbanov Şağan qəsəbəsində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Aqil Məlikovu ziyarət edib.

Görüş zamanı sənətkarın sağlamlıq durumu ilə maraqlanılmış, onun uğurla həyata keçirilmiş açıq ürək əməliyyatından sonra səhhətinin yaxşılaşması məmnunluqla qeyd olunmuşdur. Aqil Məlikovun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr yüksək qiymətləndirilmiş, ona möhkəm cansağlığı və yaradıcılıq fəaliyyətində uğurlar arzulanmışdır.

Keçidlər