Şriftin ölçüsü :

Saytın rəngi :

RİH Başçısı növbəti dəfə vətəndaşları fərdi qaydada qəbul edib

16 sentyabr 2024 | 14:57

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası  Xəzər rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.RİH başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlərlə yanaşı, Rayon İcra Hakimiyyətində də vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunur.
   Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun vətəndaşları ərizələrinə əsasən fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.
   16.09.2024-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı Elşən Salahov vətəndaşların qəbulunu keçirib. Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb.Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Keçidlər