Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Anım mərasimlərində iştirak edib

07 noyabr 2024 | 18:40

     Ölkə başçısının tapşırıqlarına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi Xəzər rayonunda da torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı qəhərmancasına şəhid olmuş şəxslərin ailələri ziyarət olunur və onlara diqqət qayğı göstərilir.
    Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhid İman-Bəhram qardaşlarının, şəhid Feyzizadə Toğrul İlqar oğlunun ailələri ziyarət edilmiş və Vətən Müharibəsi Qəhramanı İbrahimli Adil Asəm oğlunun, Əliyev Asiman Vaqif oğlunun və Nəhmətov Ceyhun Etiqad oğlunun II Fəxri Xiyabanda anım günü qeyd edilib.
   Anım mərasimlərində Xəzər Rayon icra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH-nin müavinləri, şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov şəhidin yaxınları və ailə üzvləri, iştirak ediblər.
   Anım mərasimlərində çıxış edən Xəzər RİH başçısı Elşən Salahov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıb.
    Sonda Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığlarını bildiriblər.

Keçidlər