Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda yaşıllaşdırma işləri davam etdirilir

10 oktyabr 2024 | 10:48

  "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Xəzər rayonu ərazisində genişmiqyaslı yaşıllaşdırma işləri mərhələli şəkildə davam etdirilir.
Həyata keçirilən yaşıllaşdırma işləri çərçivəsində rayon ərazisində parklarda, xiyabanlarda yeni yaşıllıq zolaqları yaradılır, qazon örtükləri salınır, həmçinin, rayonun müxtəlif ərazilərində, yol kənarlarında, parklarda, prospekt və küçələrdə yeni yaşıllıq guşələri yaradılaraq ağac və dekorativ gül kollarının əkilməsi işləri davam etdirilir.

Keçidlər