Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reydlər keçirilib

09 iyul 2024 | 18:57

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Polis İdarəsinin, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Binə bələdiyyəsinin və Xəzər rayon Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşlarının iştirakı ilə rayonun Binə qəsəbəsi, Əli İsazadə küçəsində qanunsuz küçə ticarəti hallarına qarşı mübarizə tədbirləri çərçivəsində birgə profilaktik tədbirlər keçirilib.

            Keçirilən reydlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət halları aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.

            Bundan əlavə, piyadaların və nəqliyyatın hərəkətinə mane olan və ümumi görünüşə xələl gətirən standartdankənar reklam lövhələri səkilərdən, yol kənarlarından götürülərək ərazidən kənarlaşdırılıb.

            Qeyd edək ki, bu kimi reydlərin rayon ərazisində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Keçidlər