Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib

09 yanvar 2023 | 14:31

   09 yanvar 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.
  Mərdəkan Mədəniyyət Sarayında keçirilən hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, şura üzvləri, Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları və Mərdəkan bələdiyyəsinin nümayəndələri, səhiyyə, təhsil müəssisələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
   Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açıq elan edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğı barədə geniş məlumat verib, Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi sakinlərin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
  Sonra Rayon İcra Hakimiyyətinin başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Müqbilovun və Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynovun hesabat məruzələri dinlənilib.
Hesabat məruzəsi dinlənildikdən sonra məruzələr ətrafında çıxışlar edildi və fikir mübadilələri aparılıb.
  Yığıncağın sonunda Elşən Salahov Mərdəkan qəsəbəsində 2022-ci il ərzində görülmüş işləri qənaətbəxş hesab edərək, qəsəbədə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə 2023-cü ildə həllini gözləyən məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Keçidlər