Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 may 2026-cı il tarixli Sərəncamı ilə Rauf Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rauf Əliyev uzun illər fəal ictimai-siyasi fəaliyyəti ilə seçilmiş, dövlətçiliyə xidmət, sosial təşəbbüslərin dəstəklənməsi və seçicilərlə sıx ünsiyyətin qurulması istiqamətində mühüm işlər görmüşdür. O, Xəzər rayonundan Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi dövrdə seçicilərin böyük etimadını doğrultmuşdur. Vətəndaş müraciətlərinə həssaslıqla yanaşmaq, yerli problemlərin həllinə töhfə vermək və rayonun inkişafına dəstək olmaq onun fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir.
Xəzər rayon ictimaiyyəti Milli Məclisin sabiq deputatı Rauf Əliyevi 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətində uğurlar arzulayır.






