Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib

14 noyabr 2025 | 18:13

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 8.10.1 bəndinin icrası ilə bağlı həmçinin, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” ilə əlaqədar olaraq “Dövlət Qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” mövzusunda təlim keçirilib.

14 noyabr 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən təlimdə Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, RİH başçısı Aparatın şöbə müdirləri və əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və müavinləri və Dövlət İmtahan Mərkəzinin əməkdaşı Zeynal Cabarov iştirak edib.

            Təlimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd edilib ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatında, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində il ərzində nəzarət qaydasında dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər görülür

             Daha sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşı Zeynal Cabarov tərəfindən korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələlərinə dair təqdimat nümayiş olunub. Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi və digər məsələlər ətrafında geniş məlumat verilib.

            Sonda etik davranış qaydaları və korrupsiya ilə əlaqədar hüquqpozmalara aid məsələlər birgə müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb və təlimin qiymətləndirilməsi üçün sorğu-anket forması iştirakçılar tərəfindən doldurulub.

Keçidlər