Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyinin yeni ofisinin və Respublika Prezidentinin doğum gününə həsr olunmuş məktəblilər arasında "mini-futbol" turnirinin açılış mərasimi keçirilib
Tədbirdən əvvəl Xəzər RİH başçısı Elşən Salahov, Qərbi Azərbaycan İcmasının İdarə heyyətinin sədri, Millət vəkili Əziz Ələkbərli, İcmanın Qəyyumlar şurasının sədri Mürvət Həsənli, rayon ictimayətinin nümayəndələri və icma üzvləri iştirak edib.
Tədbir iştirakçıları İlk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyinin ofisinin açılışı baş tutub.
İcma rəhbərliyi və üzvlər yeni məkanda yaradılmış şəraitlə tanış olublar.
Qərbi Azərbaycan İcmasının Xəzər rayon üzrə nümayəndəsi Alı Alıyev qonaqları salamlayaraq yeni ofisin fəaliyyətə başlamasının icma üzvləri üçün mühüm hadisə olduğunu qeyd edib. O nümayəndəliyin qarşısında duran əsas vəzifələr, fəaliyyət istiqamətləri və planlaşdırılan layihələr haqqında məlumat verib. Qərbi Azərbaycan İcmasının İdarə heyyətinin sədri, Millət vəkili Əziz Ələkbərli çıxışında Xəzər Rayon nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. O, vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının əsas məqsədi soydaşlarımız arasında birliyi möhkəmləndirmək milli yaddaşın qorunmasına və Qərbi Azərbaycana qayıdış ideyasının təbliğinə töhvə verməkdir. Yeni ofisin açılışı bu istiqamətdə atılmış əhəmiyyətli addımlardan biridir.
İcmanın qəyyumlar şurasının sədri Mürvət Həsənlidə çıxışında Xəzər Rayon nümayəndəliyinin təşəbbüslərini yüksək qiymətləndirərək bildirib ki, yeni ofis icma üzvlərinin bir araya gəlməsi ictimai fəaliyyətin kordinasiyası və həmrəyliyin gücləndirilməsi baxımından böyük önəm daşıdığını qeyd edib.
Sonra Qərbi Azərbaycan İcmasının Xəzər Rayon nümayəndəliyi və Xəzər Rayon İH birgə təşkilatçılığı ilə Şağan Olimpiya İdman mərkəzində 24 dekabr Respublika Prezidentinin doğum gününə həsr olunmuş məktəblilər arasında "mini-futbol" turnirinin açılış mərasimi keçirilib.
Tədbirdə Xəzər Rayon İH başçısı Elşən Salahov, Qərbi Azərbaycan İcmasının İdarə Heyyətinin sədri, Millət vəkili Əziz Ələkbərli, Azərbaycan futbolunun veteranı İskəndər Cavadov, rayon ictimayəti, məktəblilər və mediya nümayəndələri iştirak ediblər.
Tədbiri Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəsi Alı Alıyev açıq elan edib və iştirakçıkarı salamlayıb və Azərbaycan Respublikasının dövlət himni səsləndirilərək Ümumi Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rəsmi hissədə çıxış edən Xəzər Rayon İH başçısı Elşən Salahov, Qərbi Azərbaycan İcmasının İdarə heyyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəsi Alı Alıyev gənclərin fiziki və mənəvi inkişafında idmanın xüsusi ilə futbolun rolunu vurğulayıb. Məktəblilərə turnirdə uğurlar arzulayıblar.
Rəsmi hissə başa çatdıqdan sonra 156 və 136 nömrəli məktəblərin komandaları arasında oyun başlayıb.
Beləliklə 24 dekabr Respublika Prezidentinin doğum gününə həsr olunmuş mini-futbol turnirinə rəsmi şəkildə start verilib. Yarış gənclər arasında sağlam rəqabət, dostluq və birlik ruhunda keçib. Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Xəzər rayon nümayəndəliyi və Xəzər Rayon İH birgə təşkil etdiyi mini-futbol yarışı Xəzər rayonun 25 məktəbi əhatə edəcək. Turnirə dekabrın 20-də yekun vurulacaq.






