Qala qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi
Xəzər rayonunda sakinləri narahat edən məsələlərin yerində araşdırması və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə davamlı olaraq səyyar qəbullar keçirilir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sakinlərlə növbəti səyyar qəbulu Qala qəsəbəsində keçirilib.
Qala qəsəbəsinin sakinləri ilə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəsəbə sakinləri rayonda və eləcədə Qala qəsəbəsində gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək qəsəbənin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər ediblər. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.